Ulduzlar “Leykers”də qalmağı razılaşdırdı

Ulduzlar “Leykers”də qalmağı razılaşdırdı

“Leykers”in ulduzları Lebron Ceyms, Entoni Devis və Rassell Uestbruk daha bir mövsüm çiyin-çiyinə çıxış edəcək. Uğursuz mövsümə baxmayaraq basketbolçular öz aralarındakı telefon danışıqları ilə yenidən birgə oynamağa qərar veriblər.

Uestbrukun başqa komanda ilə dəyişdiriləcəyi gözlənilirdi. Onun adı “Bruklin”lə hallanırdı.

Los-Anceles təmsilçisi Kayri İrvinqi heyətinə qatmaq üçün Rasselli göndərməyə hazır idi. Uestbruk yeni mövsümdə 47,1 milyon dollar qazanacaq. Düzdür, klub rəhbərliyini qərarı “üçlüy”ün danışıqlarından daha önəmlidir. Lakin ulduzların fikri də az əhəmiyyət daşımır.

ETOPAZ

Əvvəlki yazı

“Marsel”də yeni müdafiəçi

Növbəti yazı

Günün kuponu – 20.07.2022