Günün kuponu – 20.07.2022
“Maribor” – “Şerif” – 2,5 ALT
Hər iki komanda müdafiə futboluna üstünlük verir. İlk oyun olduğundan tərəflər ehtiyatı əldən verməyəcək. Fikrimcə, 2,5 alt bu qarşılaşma üçün optimal variantdır.
“HİK Helsinki” – “Viktoriya Plzen” – YOX/QOL
“HİK Helsinki” hazırda 15 turu arxada qalan Finlandiya Veykkausliqasında ən etibarlı müdafiəyə malik komandalardandır. Çexiya çempionu da rəqibə asanlıqla qol şansı verən komandalardan deyil. Ona görə inanmıram ki, hər iki tərəf bu matçda qol vursun.
“Dinamo Kiyev” – “Fənərbaxça” – 2,5 ÜST
Ukraynadakı vəziyyətə görə “Dinamo” rəqibini Lodz şəhərində (Polşa) qəbul edəcək. Müharibənin Ukrayna çempionatını yarımçıq qoyduğundan bu kiyevlilərin oyununa təsir göstərəcək. Bununla belə komandanın var gücü ilə mübarizə aparacağını gözləyirəm. Məncə, 2,5 üst variantına güvənmək olar.