Ulduzlar Akapulkoda

Ulduzlar Akapulkoda

Akapulkoda keçiriləcək turnirdə iştirak edəcək ulduz tennisçilərin adları bəlli olub. Bunu Meksikadakı turnirin baş direktoru Raul Surutusa açıqlayıb.

O bildirib ki, dünyanın ikinci raketkası Danil Medvedev də yarışa dəvəti qəbul edib. Turnirdə Stefanos Tsitsipas, Aleksandr Zverev, Matteo Berrettini kimi ulduzlar da mübarizə aparacaq.

İştirakçıların tam siyahısı 2022-ci ilin yanvarında dəqiqləşəcək. Turnir fevralın 21-26-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Braun “Boston”un tarixinə düşdü

Növbəti yazı

“Çelsi” hücumçularını itirdi