Sürpriz kupon – 23.09.2024
Aarau – Şaffhausen – 1-ci hissə – Şaffhausen
Hər iki komanda 7 oyundan 8 xal toplamaqla İsveçrə 1-ci liqasında 6-7-ci yerləri bölüşdürür. Şaffhausen son 4 oyunda qələbə üzünə həsrətdir: 2 məğlubiyyət, 2 heç-heçə. Buna baxmayaraq Aarau ilə qarşılaşmada sürpriz nəticə gözləyirəm. Hətta ilk yarının qonaqların qələbəsi ilə bitəcəyini təxmin edirəm. 3,10 əmsal da bir tərəfdən “gəl-gəl” deyir…
Qaziantep BB – Trabzonspor – 2
Trabzonspor bu mövsüm superliqada oynadığı 4 matçın hamısını heç-heçə ilə bitirib. Məncə, bu qədər yetər. Böyük ehtimal bu tur “Qara dəniz fırtınası” nəhayət fanatlarını qələbə ilə sevindirəcək. Axı, rəqib indiyədək bir dəfə belə Trabzonspora qalib gələ bilməyən Qaziantep komandasıdır.
Atalanta – Komo – 2,5 ÜST
Bu komandaların indiyədək Berqamoda keçirilən bütün qarşılaşmaları 2,5 üstlə yekunlaşıb. “Ənənə” niyə də davam etməsin? Atalantanın hücum xətti öz əzəmətini gec-tez göstərməlidir, ya yox? Bunun üçün autsayder Komodan uyğun rəqib?