Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Türkiyə yığmasında yeni baş məşqçi
Türkiyə millisinin yeni baş məşqçisinin adı bəlli olub. “Ay-ulduzlular”ı Okan Buruk çalışdıracaq. Türkiyə Futbol Federasiyası ilə 48 yaşlı mütəxəssis arasında danışıqlar müsbət yekunlaşıb. Yaxın müddətdə onunla müqavilə imzalanacaq. O, DÇ-2022-nin seçmə mərhələsinin Niderlandla oyunundakı 1:6 hesablı məğlubiyyətdən sonra postundan ayrılan Şenol Günəşi əvəzləyib.
Xatırladaq ki, 1992-2010-cu illərdə millinin şərəfini qoruyan Buruk məşqçilik karyerasına da yığmada başlayıb. O, 2011-13-cü illərdə köməkçi məşqçi kimi fəaliyyət göstərib. Mütəxəssis karyerasına “Elazığspor”, “Qaziantepspor”, “Göztəpə”, “Sivasspor”, “Akhisar”, “Rizəspor” və “Başakşəhər”in baş məşqçisi olub.