Kliysters korta qayıdır
Dünyanın sabiq birinci raketkası Kim Kliysters Çikaqo turnirində iştirak edəcək. “Böyük dəbilqə” turnirlərinin dördqat qalibi turnirə “vild card”la qatılacaq. Bu turnir sentyabrın 27-də start götürəcək.
38 yaşlı belçikalı 2020-ci ildə keçirilən “US Open”dən sonra ilk dəfə korta çıxacaq. O, ötən ilin fevralında 7 illik fasilədən sonra meydana qayıtmışdı.
Xatırladaq ki, Kim “US Open”də üç (2005, 2009 və 2010), Avstraliya açıq çempionatında bir (2011) dəfə çempion adını qazanıb.