Tupan və Fiqeroa “Qolden Steyt”ə lazım olmadı

Tupan və Fiqeroa “Qolden Steyt”ə lazım olmadı

“Qolden Steyt” iki basketbolçusu ilə yollarını ayırıb. Klub rəhbərliyi hücumameylli müdafiəçi Aksel Tupan və El Cey Fiqeroa ilə vidalaşıb.

Hər iki oyunçu “Uorriers”də rəsmi debütü reallaşmadan komandanı tərk edib. Tupan ümumiyyətlə Kaliforniya təmsilçisində bir neçə gün keçirib. 29 yaşlı fransalı “Qolden Steyt”ə lazım olmayıb.

23 yaşlı dominikanlı bir yoxlama oyununda iştirak edib. Cəmi 3 dəqiqə şans qazanan basketbolçu komandanın planlarına uyğun gəlməyib.

ETOPAZ

Əvvəlki yazı

“Milan” hücumçusunu itirdi

Növbəti yazı

Qapıçı komanda yoldaşını yerlə sürüdü