“The Best”: Namizədlər açıqlandı

“The Best”: Namizədlər açıqlandı

FİFA 2021-ci ilin ən yaxşısı adına namizədlərin siyahısını açıqlayıb. “The Best” mükafatına futbolçu nominasiyasında qalib adına 11 iddiaçı var.

Bunlar Kərim Benzema (“Real”), Kevin de Breyne (“Mançester Siti”), Kriştiano Ronaldo (“Real”), Erlinq Haland (“Borussiya” Dortmund), Jorjinyo, Nqolo Kante (hər ikisi “Çelsi”), Robert Levandovski (“Bavariya”), Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ), Məhəmməd Salahdır (“Liverpul”).

Ən yaxşı məşqçi adına Antonio Konte (“Tottenhem”), Hans-Diter Flik (“Bavariya”), Pep Qvardiola (“Mançester Siti”), Roberto Mançini (İtaliya millisi), Lionel Skaloni (Argentina millisi), Dieqo Simeone (“Atletiko”) və Tomas Tuxel (“Çelsi”) iddia edir.

Ən yaxşı qapıçı mükafatına namizədlər Alisson (“Liverpul”), Canluici Donnarumma (PSJ), Eduar Mendi (“Çelsi”), Manuel Noyer (“Bavariya”) və Kasper Şmeyxeldir (“Lester”).

Qalibin adı noyabrın 22-dən dekabrın 10-dək keçiriləcək səsvermədə müəyyənləşəcək. Mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.11.2021

Növbəti yazı

Lebron diskvalifikasiya olundu