Lebron diskvalifikasiya olundu

Lebron diskvalifikasiya olundu

NBA “Leykers” və “Detroyt” arasında oyunda yaşanan xoşagəlməz hadisənin günahkarlarını cəzalandırıb. Los-Anceles təmsilçisinin lideri Lebron Ceyms bir matçlıq diskvalifikasiya alıb. “Pistons”un oyunçusu Ayzeya Stüart isə iki görüşü buraxacaq.

Lebron qarşılaşmanın sonuna 9 dəqiqə qalmış rəqibin üzünə dirsək zərbəsi endirdiyi üçün meydandan qovulub. Stüart isə görüş boyu Ceymsi aqressiv izləmək və onu təxribata çəkməkdə günahlandırılıb.

Lebron “Nyu-York”la bugünkü matçı buraxacaq. Ayzeya isə “Mayami” və “Miluoki” ilə qarşılaşmalarda “istirahət edəcək”.

Bu cəza Lebronun maaşından 284 min dollar kəsilməsi ilə nəticələnib. Onun rəqibi isə 45 min ziyana düşüb.

e-Topaz

Əvvəlki yazı

“The Best”: Namizədlər açıqlandı

Növbəti yazı

Renatu Sançeş “Milan”a keçir