Tayron Lyu karyerasında ilk dəfə
“Klippers” pley-in mərhələsinin həlledici matçında “Nyu Orlean”la qarşılaşıb. Los Anceles təmsilçiləri 101:105 hesabı ilə məğlub olub.
Görüş “Klippers”in baş məşqçisi Tayron Lyu üçün uğursuzluqla yadda qalıb. Çalışdırıcı karyerasında ilk dəfə pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Lyu 2019-20-ci illərdə “Klippers”in köməkçi məşqçisi olaraq çalışıb. O, 2020-ci ildən isə komandanın baş məşqçisi olaraq fəaliyyət göstərir.