Taunsdan 33 xal

Taunsdan 33 xal

NBA-da pley-offun birinci mərhələsinin 4-cü oyununda “Minnesota” “Memfis”i qəbul edib. 119:118 hesabı ilə qalib gələn meydan sahibləri seriyada hesabı bərabərləşdirib – 2:2.

“Timbervilvs”un basketbolçusu Karl-Entoni Tauns bu görüşdə 33 xal toplayıb. Bu, onun karyerasında pley-off matçları üçün rekorddur.

Tauns oyundan 17 atışın 8-də dəqiq olub, 5 üçxallıq atışdan 3-də hədəfə düşüb. O, həmçinin 14 ribaund, 3 ötürmə və 1 blok-şota imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Verratti Fransa rekordçusudur

Növbəti yazı

İkiqat üstünlük