Günün kuponu – 24.09.2024
Sevilya – Valyadolid 1
6 oyuna cəmi 1 qələbə qazanan Sevilya dönüş yaratmaq niyyətindədir. Komandanın toparlanması üçün Valyadolidlə görüşdə qələbə onlar üçün mütləqdir. Məncə təcrübəli Sevilya bunu bacaracaq.
Kalyari – Kremoneze 1
İtaliya kuboku uğrunda oyunda Kalyari matçın favoritidir. Kremoneze B seriyasının iddialılarından sayılsa da, Kalyari əziyyət çəkməməlidir. Sardinyalıların 90 dəqiqə ərzində qələbə qazanacağına inamım böyükdür.
Ayaçço – Qrenobl QOL/QOL
Bu görüşdə kimin qalib gələcəyini təxmin etmək çətin olar. Evdə daha yaxşı oynayan Ayaçço, 5 oyuna 10 qol vurmuş Qrenoblu qəbul edəcək. Qrenoblu daha şanslı görsəm də meydan sahiblərinin meydanı qol vurmadan tərk etməyəcəyini düşünürəm. Bu matçtda hər iki komandanın qol vuracağını ehtimal edirəm.