Verratti Fransa rekordçusudur
Marko Verratti PSJ ilə Liqa1-in qalibi olub. Bu, onun komandası ilə səkkizinci çempionluğudur.
İtaliyalı yarımmüdafiəçi Fransa çempionatında rekorda imza atıb. Belə ki, heç bir oyunçu turniri 7 dəfədən çox qazana bilməyib.
Qeyd edək ki, Verratti 2012-13 mövsümündən PSJ-də çıxış edir. Bu mövsüm o, 20 oyun keçirib və 2 qol vurub.