Sürpriz kupon – 31.08.2023
“Ayaks” – “Lüdoqorets” qol sayı tək
Cütün taleyi demək olar həll olunub. Niderland klubu ilk oyundakı 4-1 hesablı qələbə ilə cavab görüşünə rahat çıxacaq. “Ayaks” evdə rəqibə rəhm etməyə bilər. Ona görə bu matçdan təkrar ÜST2.5 gözləmək risklidir.
“Çukariçki” – “Olimpiakos” 2
Yunanıstanda 3-1 hesablı qələbə qonaqların qrupa vəsiqə qazanmaq şansını xeyli artırıb. “Olimpiakos”un favorit olduğunu səfərdə də nümayiş etdirəcəyini düşünürəm.
“Aberdin” – “Haken” ÜST2.5
İlk 2-2 hesablı heç-heçə ilə yekunlaşıb. Maraqlıdır ki, bu komandaların oyunu daim məhsuldar nəticə ilə yadda qalıb. Hər iki komandanın hücumda təcrübəli futbolçularının olduğunu nəzərə alaraq statistikanın təkrarlanacağını fikirləşirəm.