Günün kuponu – 31.08.2023

Günün kuponu – 31.08.2023

“Sparta Praqa” – “Dinamo” QOL/QOL
İlk oyunda 3-1 hesablı qələbə qazanan Zaqreb klubu cavab matçına rahat çıxacaq. Millimizin futbolçusu Mahir Əmrəlinin çıxış etdiyi xorvat klubu haqlı olaraq cütün favoriti sayılır. Qonaqların bəzi futbolçulara istirahət verəcəyi istisna deyil.

“Zarya” – “Slaviya” ALT2.5
Evdə 2-0 hesablı qələbə qazanan Çexiya təmsilçisi səfərdə də uğurlu çıxış edəcək potensiala malikdir. Meydan sahiblərinin qol vurmaq üçün irəli atılacağı aydın məsələdir. “Slaviya” isə sürəti hesabına əks hücumda rəqibi cəzalandırmağa çalışacaq.

“Aris” – “Slovan” QOL/QOL
Qonaqlar ilk matçda 2-1 hesablı qələbə qazanıb. Ona görə qrup mərhələsinə vəsiqənin taleyi cavab matçında həll olunacaq. Fikrimcə bu matçda qol\qol və ya ÜST2.5 seçimi özünü doğruldacaq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Okampos ”Fulhem” yolunda

Növbəti yazı

Sürpriz kupon – 31.08.2023