Qurban Qurbanov: “Bakıda daha da ciddi olmalıyıq”

Qurban Qurbanov: “Bakıda daha da ciddi olmalıyıq”

Avropa Liqasında pley-off mərhələsinə yekun vurulur. Sabah “Qarabağ” “Olimpiya”nı qonaq edəcək.

Lyublyana təmsilçisi ilə matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Qrup mərhələsindən öncə son oyunumuzdur. İlk matçda qalib gəlmişik. Amma bu komandaya qarşı Bakıda daha da ciddi olmalıyıq. Çünki öz oyun üslubları var. Futbolçuları bu qarşılaşmaya tam kökləməyə çalışmışıq. Sabah yaxşı oyun və yaxşı mübarizə aparıb, sərfəli nəticə əldə etməyə çalışacağıq. Futbolçularıma inanıram, güvənirəm”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 31.08.2023

Növbəti yazı

“Jirona” “Barselona”nın müdafiəçisini istəyir