Sürpriz Kupon – 31.03.2024

Sürpriz Kupon – 31.03.2024

Auqsburq – Köln 1

26 oyundan sonra 35 xalla 7-ci pillədə yerləşən “Auqsburq” Avro zonaya düşmək istəyir. Rəqibi “Köln” isə turnir cədvəlinin zirzəmisindən canını qurtarmaq istəyir. Onlar üçün çox çətin səfər oyunu olacaq. Ev sahibi çətin ki, əlinə düşən bu fürsəti əldən versin. Doğma arenada böyük coşqu ilə növbəti qələbəni bayram etməyə çox yaxındırlar.

Zvolle – Ayaks 2

Hollandiya çempionatının sonuna 8 tur qalıb. “Zvolle” hələ də təhlükəli zonaya yaxındır. 26 oyunda cəmi 7 qələbə qazanıb və stabil çıxış etmir. “Ayaks” üçün liqada ilk 2 pillə demək olar ki əldən çıxıb. Lakin 3-cü pillə sahibi kimi Çempionlar Liqasının seçmə mərhələsinə vəsiqə qazanmaq şansı hələ də qalır. Bizim ehtimallara görə millilərlə bağlı yaranmış fasilədən sonra səfərbər olub qələbə qazanacaqlar.

Nitsa – Nant. 1

“Nitsa” liderlər qrupundadır. 2-ci yerdən onları cəmi 4 xal ayırır. Bu turda əlinə turnir cədvəlinin axırlarında qərarlaşan “Nant” düşüb. Ev amilindən yaxşı yararlanan “Nitsa” qələbə sayəsində liderlər qrupunda yerini möhkəmləndirə bilər.

Mr. X

Əvvəlki yazı

Günün Kuponu – 31.03.2024

Növbəti yazı

“Liverpul”un baş məşqçi planı