Sürpriz kupon – 31.03.2022
Kolo Kolo – Union la Calera – 1
“Kolo Kolo” 3 oyundur qalib gəlir və bu komandalar arasında keçirilən son 6 matçda bir dəfə də uduzmayıb.
Qonaqlar isə son 6 oyunda məğlubiyyət acısı dadmayıb.
Amma indi bu seriyanı davam etdirmək çox çətin olacaq.
Ötən tur səfərdə “Palestino” üzərində 5:0 hesablı qalibiyyət “Kolo Kolo” futbolçularına xüsusi ruh yüksəkliyi verib.
Çempionluğu hədəfləyən komanda çətin ki, öz meydanında xal itkisinə yol versin.
Defensa Justisia – Sakaşispas – QOL/QOL
Hər iki komanda son 6 oyunlarında qol vurub.
Bununla yanaşı, qonaqlar 8 matçdır öz qapılarında da qol görür.
Meydan sahibləri isə son 7 oyundan yalnız birində qapılarını toxunulmaz saxlaya bilib.
Yamayka – Honduras – 1
Komandalar arasında keçirilən son 3 oyunda Yamayka qalib gəlib.
7 matçlıq qələbəsizlik seriyasını bitirmək üçün Yamaykanın əlinə yaxşı fürsət düşüb.
13 oyundur qalib gəlməyən Hondurasın uğursuz seriyası isə çox güman daha da uzanacaq.