Günün kuponu – 31.03.2022
Flamenqo – Fluminense – 2,5 ALT
Karioka ştatının ikioyunluq finalında əzəli rəqiblər üz-üzə gələcək. Əfsanəvi “Marakana”da keçiriləcək ilk derbinin favoriti “Flamenqo”du.
Amma “Fluminense” də asanlıqla təslim olacaq rəqib deyil.
Komanda xüsusən müdafiədə mükəmmələ yaxın performans sərgiləyir və Kariokadakı son 12 oyununda cəmi 3 qol buraxıb.
Finalın əhəmiyyətini də nəzərə alsaq futbolçular maksimum ehtiyatlı davranmağa və ilk növbədə qol buraxmamağa çalışacaq.
Yamayka – Honduras – 2,5 ALT
Honduras son 5 matçda cəmi 1 dəfə fərqlənib.
Yamayka da xüsusi məhsuldarlığı ilə seçilmir.
Meydan sahibləri son 5 qarşılaşmada orta hesabla hər oyunda 1 qoldan az vurub.
Bu dəfə də çox qol gözləmirəm.
Meksika – Salvador – 1
Salvador Dünya Çempionatına vəsiqə qazanmaq şanslarını itirib.
Komandalar arasında son 9 oyun Meksikanın qələbəsi ilə bitib.
Evdə inamlı və sabit çıxış edən meksikalıların bu dəfə də üstün olacağını düşünürəm.