Sürpriz kupon – 29.09.2023
“Benfika” – “Porto” QOL/QOL
Çempionluq uğrunda mübarizə aparan iki nəhəngin dueli səbrsizliklə gözlənilir. Rəqiblər bir-birindən geri qalmır. Fikrimcə, bu oyundan ən çox gözlənilən böyük əmsallı mərc bəlkə də heç-heçədi. Bir qədər özümüzü sığortalayıb daha az əmsal verilən Qol/Qol variantını da seçə bilərik.
“Eyndhoven” – “Dordrext” 1
Ozancan Kökçünün klubu ötən tur millimizin üzvünün son anda vurduğu gözəl cərimə zərbəsi qolu ilə “Ayaks”lı gənclərdən səfərdə 1 xal ala bildilər. Amma bu dəfə doğma meydanda daha uğurlu çıxış edəcəklərini güman edirəm.
“Kortreyk” – “Serkl Brügge” ALT 3.5
Mövsümə ardıcıl 4 qələbə ilə başlayan meydan sahibləri daha sonra 2 heç-heçə etsə də, son turda yenidən səfərdə “Şarlerua”ya uduzdu. “Kortreyk”in oyunlarında çox qol vurulmur. Elə “Serkl Brügge”ni də çox məhsuldar komanda adlandırmaq olmaz.