Sürpriz kupon – 28.06.2024

Sürpriz kupon – 28.06.2024

Smouha – Piramids 2.5 ÜST

Misir Premyer Liqasının lideri olan “Piramids” ən yaxın izləyicisini 17 xal qabaqlayır. Bu mənada “Smouha” son turlar mövqeyini itirməkdə davam edir. Qonaqların hücum xətti çempionatda ən çox qol vuranlardır. Məhz ona görə də məhsuldar nəticə sürpriz sayılmamalıdır.

Əl Mokavlun – Nasional Bank 2

Meydan sahibləri Premyer Liqanı tərk etmək ehtimalı çoxdur. Ona görə də son oyunlara “ölüm-dirim” mübarizəsi kimi çıxır. Qonaqların irəliləmək şansı olduğu üçün səfərə böyük inamla yollanıb. Riskli olsa belə 2.35 əmsala görə “Nasional Bank”ın qələbəsini seçmək olar.

Paraqvay – Braziliya Braziliya qələbə və 2.5 ÜST

Amerika Kubokunun 2-ci turunda növbəti xal itkisi sərt tənqid olunan Braziliya üçün ciddi problem olacaq. Mətbuat və azarkeşlər “sambaçılar”ın oyunundan və nəticədən narazılığını açıq ifadə edir. Paraqvayla oyunda Pelenin həmyerliləri nəhayət əsl məharətini göstərməlidir.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 28.06.2024

Növbəti yazı

Günün şansı – 28.06.2024