Günün kuponu – 01.07.2024
Fransa – Belçika QOL/QOL
Statistika Fransa millisinin tərəfindədi. Düz 22 ildi Belçika Didye Deşamın komandasıyla bacarmır. Yalnız yoldaşlıq görüşlərində heç-heçəyə sevinir. Amma Avropa çempionatının 1/8 finalında istənilən nəticəyə hazır olmalıyıq. Bu dueldə qol/qol ən risksiz seçimdi.
Portuqaliya – Sloveniya 1
Maraqlıdır ki, komandalar indiyə qədər yalnız bir dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. Həmin matçda Sloveniya üstün olub 2-0. Avropa çempionatında inamlı təsir bağışlamayan Ronaldo və komandası pley-offda əsl gücünü göstərməyə məcburdu. Qrupdakı son matçda Gürcüstana uduzan (0-2) portuqallar yaxşı istirahət etməyə imkan tapıb. Ona görə sürpriz olacağına inanmıram.
Boliviya – Panama QOL/QOL
Amerika Kubokunda qrup mərhələsində 3-cü turun oyununa mərc gəlmək təklif olunur. Ötən tur ABŞ komandasına 2-1 hesabıyla qalib gələn Panama hamını təəccübləndirdi. İndi Panamaya mərhələ adlamaq üçün ABŞ-ın daha bir uğursuzluğun gözləməklə yanaşı həm də qələbə qazanmaq vacibdi. Qələbə gözləmək real deyil. Son oyunda komandaların qollu heç-heçəyə imza atacağını düşünürəm.