Günün kuponu – 28.06.2024
Kolumbiya – Kosta Rika QOL/QOL
Amerika Kubokunda 2-ci turun oyunları davam edir. İlk turda heç-heçə oynayan Kosta Rika millisini bu dəfə yalnız qələbə razı sala bilər. Kolumbiya yığması sonn dəfə 2022-ci il fevralında məğlub olub. Ona görə də azarkeşləri gərgin mübarizə gözləyir. Bu oyunda məshuldar nəticə qeydə alınacağını düşünürəm.
Paraqvay – Braziliya 2.5 ÜST
İlk turda heç-heçə oynamaqla bütün proqnozları alt-üst edən “sambaçılar” yenə xal itirərsə qrupda qalmaq təhlükəsiylə üzləşəcək. Matçın favoriti sürprizə imkan verməməyə çalışacaq. Paraqvay isə asanlıqla təslim olmayacaq. Bu səbəbdən 2.5 Üst seçimi daha real görünür.
Əl Əhli – Farko QOL/QOL
Etopaz Misir Premyer Liqasının oyunlarını təqdim edir. Qitə yarışlarına vəsiqə qazanmağa yaxın olan “Əl Əhli” izləyicisini 3 xal qabaqlayır. Qonaqlar isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Son oyunlardakı nəticələri nəzərə alsaq “Farko”nun meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.