“Şamaxı”da ayrılıq
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı”da ayrılıq baş verib. Klub daha bir futbolçusu ilə yollarını ayırıb.
Bunu “aslanlar”ın mətbuat xidməti açıqlayıb. Kənan Quliyev komandanı tərk edib. 23 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Şamaxı” növbəti mövsümün hazırlığına sabah start verəcək.