Sürpriz kupon – 28.02.2024
“İnter” – “Atalanta” – QOL/QOL
“Atalanta” ardıcıl 2 tur Milan klubları ilə qarşılaşır. Ötən həftə “Milan”la 1:1 oynayan Berqamo təmsilçisindən A Seriyasının lideri ilə görüşdə də azı bir qol gözləyirəm. Son 10 uyunda uduzmayan “Atalanta” yaxşı formadadır. “İnter”in isə bu mövsüm cəmi 1 məğlubiyyəti var, onun da üzərindən 5 aydan artıq vaxt keçir. Bir sözlə, iki əla komanda qarşılaşır və məncə, qarşılıqlı qollar bu oyun üçün ən real variantlardan biridir.
“Sassuolo” – “Napoli” – 1-ci hissə cüt şans 12
Bol qol gözlədiyim oyunlarda adətən bu varianta da güvənirəm. “Sasuolo” – “Napoli” matçı da bu qəbildəndir. Hər iki komandanın hücum potensialı hesabın ilk yarıda açılacağını düşünməyə əsas verir.
“Qəbələ” – “Qarabağ” – QOL/QOL
“Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Tsxadadze ilk oyunda uğurlu nəticə qazanmaq üçün bütün məşqçi bacarığını ortaya qoyacaq. Əlbəttə, rəqib nəinki Azərbaycanın, hazırda Avropa Liqasnın 16 güclü komandası arasında yer alan “Qarabağ”dır. Amma Ağdam klubu qısa müddətdə Avroliqada “Braqa”, daha sonra “Sumqayıt”la oyun keçirib. Çox güman Qurban Qurbanov heyətdə eksperimentlər edəcək. Bu isə “Qəbələ”nin əz azı 1 qol vurmaq şansıın artırır. “Qarabağ” üçün isə istənilən heyətlə qol vurmaq problem deyil.