Günün kuponu – 28.02.2024

Günün kuponu – 28.02.2024

“Seltik” – “Dandi” FK – 1-ci hissə – “Seltik”

Əzəli rəqibi “Reyncers”lə həmişəki kimi çempionluq mübarizəsi aparan “Seltik” liderdən 2 xal geri qalır. Komandanın xal itirməyə bir növ haqqı yoxdur, demək olar. “Seltik” bu matçın aşkar favoriti olduğunu məncə, artıq ilk hissədə doğruldacaq.

“Sassuolo” – “Napoli” – 2,5 ÜST

Son həftələrin iki uğursuz komandasının qarşılaşması. Sonuncu dəfə yanvarın 6-da qələbə qazanan “Sassuolo” A Seriyasında ardıcıl 6 turdur qalibiyyətə həsrətdir. “Napoli” isə Çempionlar Liqası matçı da daxil son 4 matçda qələbə qazanmayıb. “Qara zolaq”dan çıxmağa çalışan komandaların duelində azı 3 qol gözləyirəm.

“Qəbələ” – “Qarabağ” – ən çox qol vurulduğu hissə – 2-ci hissə

“Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Tsxadadze ilk imtahanını hazırki lider və son çempion “Qarabağ” qarşısında verəcək. 1-ci liqaya düşmək təhlükəsi ilə üz-üzə qalan “Qəbələ”nin itiriləsi bir şeyi yoxdur. Komandanın sona qədər mübarizə aparacağını gözləyirəm. Bu baxımdan 2-ci hissədə daha çox qol gözləmək məntiqə uyğundur.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Benitez üçün təhlükə

Növbəti yazı

Sürpriz kupon – 28.02.2024