“Bavariya”da Deyvis problemi
“Bavariya”da Alfonso Deyvis problemi davam edir. Klub onu heyətində saxlamaq niyyətindədir.
Lakin müdafiəçi illik 20 milyon avro maaş tələb edir. Münhenlilər bu məbləği ödəməyə hazır deyillər.
Onun müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Daha öncə futbolçunun “Real”la şifahi razılığa gəldiyi bildirilirdi.