Sürpriz kupon – 28.02.2023

Sürpriz kupon – 28.02.2023

“Lester” – “Bləkbörn” QOL/QOL
“Lester” Premyer Liqada son iki oyunda uduzub. Brendan Rocersin komandası əvvəlcə “Mançester Yunayted”ə 0:3, daha sonra isə “Arsenal”a məğlub olub – 0:1. Hər iki rəqib hazırda əla formada olduğundan “Lester”i bu oyunlara görə qınamaq doğru deyil.
“Bləkbörn” Championship-də son 3 oyununu qələbə ilə bitirib. Ötənlərin məşhur danimarkalı hücumçusu Yon dal Tomassonun rəhbərlik etdiyi “Bləkbörn” qol vurmağı bacarır. Bu səbəbdən qol\qol gözləyirəm.

“Fulhem” – “Lids” 1
“Lids” yeni baş məşqçi Xavi Qrasiyanın rəhbərliyi altında ilk oyunda “Sautqempton”u 1:0 hesabı ilə məğlub edə bildi. Komandanı Premyer Liqada təhlükəli zonadan cəmi 1 xal ayırır. Ona görə də ola bilər ki, “Lids” FA Cup-a çox da fikir verməyib gücünü çempionat oyunlarına saxlasın.
“Fulhem” son oyunda öz meydanında “Vulverhempton”u məğlub edə bilməyib (1:1) deyə, bu dəfə azarkeşlərini sevindirməyə çalışacaq.

“Yuventus” – “Torino” 2
“Yuventus” son oyunlarda yaxşı təsir bağışlasa da, komanda stabil oynamır. Üstəlik, 15 xalın silinməsi də əhval-ruhiyyəyə təsir göstərib. “Qoca sinyora” 6 matçdır məğlub olmur. Amma derbilərdə hər cür gözlənilməz nəticələr qeydə alınır.
Düzdür, “Torino” son dəfə “Yuve” üzərində 2015-ci ildə qələbə qazanıb. Sürpriz kuponda risk etməyə dəyər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 28.02.2023

Növbəti yazı

Almaniya millisinin sabiq çalışdırıcısı Cənubi Koreya yığmasında