Günün kuponu – 28.02.2023
“Kremoneze” – “Roma” QOL/QOL
“Kremoneze” 23 oyundan sonra 9 xalla turnir cədvəlində sonuncu, 20-ci yeri tutur. Komanda cari mövsümdə qələbə qazana bilməyib. Amma “Kremoneze”nin bir özəlliyi var ki, demək olar istənilən rəqibə qol vurmağı bacarırlar. Ballardinin komandası son oyunda “Torino”ya 2 qol vurdu (2:2), bundan əvvəl isə “İnter” (1:2) və “Napoli” ilə kubok matçında (2:2) fərqlənmişdilər.
Güman edirəm ki, “Roma” böyük hesabla qalib gəlsə belə, meydan sahiblərinin 1 qolu ola bilər.
“Yuventus” – “Torino” QOL/QOL
Turin derbisi həmişəki kimi gərgin keçəcək. “Yuve” 5 gün əvvəl Avropa Liqasında “Nant səddini keçib. Alleqrinin komandası son 2 oyunda qələbə qazanıb.
“Torino” isə son 2 görüşdə qalib gələ bilməyib.
“Yuventus”da zədəlilərlə yanaşı, cəzalı duruma düşən Lokatelli də forma geyinməyəcək. Bu cür derbilərdə hər cür sürpriz nəticə qeydə alına bilər Qol\qol variantı daha qarantili görünür.
“Stok Siti” – “Brayton” 2
Premyer Liqa və Championship təmsilçilərini İngiltərə FA Cup-ın 1\8 finalında izləmək maraqlı olacaq.
Son iki oyunda qələbə qazana bilməyən “Brayton” bu dəfə azarkeşlərini sevindirməyə çalışacaq.
“Stok Siti” isə son turda öz meydanında uduzub. Heyəti və büdcəsi daha zəngin olan “Brayton”un qalib gəlmək şansları çoxdur.