Sürpriz kupon – 25.03.2024
“Albasete” – “Rasinq De Ferrol” QOL/QOL
Ötən əsrdə heyətində Vəli Qasımovun parladığı “Albasete” indi yaxşı günlərini yaşamır. Komanda təhlükəli zonadadı və Sequndanı tərk edə bilər.
“Rasinq De Ferrol”un durumu daha yaxşıdı – pley-off zonasına düşmə şansı var.
Rəqiblər arasında keçirilmiş son 7 oyunda Qol/Qol gəlib. Bu dəfə istisna olmayacağını düşünürəm.
“Kroton” – “Kazertano” X2
“Kroton” son 5 ev oyununda qələbə üzünə həsrətdi. “Kazertano” isə son 8 səfər matçında cəmi 1 qələbə qazana bilib. Komandalar arasında keçirilmiş hər 2 matç heç heçə bitib. İtaliya C Seriyasının təxminən bərabər səviyyəli iki komandasının xalları böləcəyini təxmin edirəm. Amma bir qədər sığortalanmaq üçün rəqibi ilə müqayisədə daha uğurlu qrafik cızan qonaqların cüt şansına mərc edirəm.
“Brey Vondorers” – “Lonqford”
1-ci hissə, komandanın qol cəmi: “Lonqford” ÜST 0.5
“Brey Vondorers” son 6 ev oyununda ilk hissədə qapısında qol görüb. Bu qarşılaşmaların hamısında da ilk yarıda məğlub olub.
Ardıcıl 13 oyundu evdə qapısında qol görən meydan sahibləri 7 oyundu “Lonqford”u uda bilmir.
Statistik göstəricilər “Lonqford”un ilk yarıda qol vura biləcəyindən xəbər verir.