Günün kuponu – 25.03.2024
Monteneqro – Şimali Makedoniya 1
2 Marko – Veşoviç və Yankoviçin Monteneqrosu Şimali Makedoniya ilə qarşılaşmada favoritdi.
ETOPAZ Robert Prosineçkinin yetirmələrinin qələbəsinə yetərincə cəlbedici əmsal verir. Son oyunda Belarusu udan Monteneqro AÇ seçmə mərhələsində 8 oyunda qapısından 20 qol buraxan və 3 matçdır qələbə üzünə həsrət qalan makedonlardan daha usta komandadı.
İsveç – Albaniya QOL/QOL
Hər iki koçanda son yoldaşlıq matçlarını böyük hesabla uduzub. Isveç Portuqaliyaya 2:5, Albaniya Çiliyə 0:3 hesabı ilə məğlub olub.
“Friends Arena”da keçiriləcək bu görüşdə bukmekerlər meydan sahiblərini favorit sayır. Amma Avropa Çempionatının final mərhələsinə qrup birincisi kimi çıxmış Silvinyonun Albaniyasını da hesabdan silmək olmaz.
Qol/Qol variantı bu yoldaşlıq matçı üçün ən məntiqli variant kimi görünür.
Kipr – Serbiya 2
Rusiyanın son matçda 4:0 hesabı ilə darmadağın etdiyi Serbiya bu rüsvayçılığın əvəzini Kiprdən çıxmağa çalışacaq.
Avropa Çempionatının final mərhələsinə yüksəlmiş qonaqlar qarşılaşmanın aşkar favoritidi. Serblərin özündən xeyli zəif rəqiblə oyunda bu statusu doğruldacaqlarını düşünürəm.