Arif Əsədov: “Heyətdə bəzi dəyişikliklər olacaq”

Arif Əsədov: “Heyətdə bəzi dəyişikliklər olacaq”

“FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan oyunundan öncə mətbuat konfransı təşkil olunub.

Millimizin məşqçisi Arif Əsədov görüş barədə düşüncələrini bölüşüb. Sizi onun fikirləri ilə tanış edirik:

“Sabahkı oyunda bizi ciddi bir rəqib gözləyir. Maraqlı qarşılaşma olacağını düşünürəm. Deyərdim ki, Bolqarıstan yığması hardasa Millətlər Liqasında olan rəqiblərə bərabərdir. Yaxşı sınaq olacaq. Sabahkı matçda həm oyun planında, həm də heyətdə bəzi dəyişikliklər olacaq. Rəqibi analiz etmişik. Komandada atmosfer yaxşıdır. Çalışacağıq ki, yaxşı oynayıb, qalib gələk”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 25.03.2024

Növbəti yazı

Emin Mahmudov: “Çalışacağıq ki, qələbə qazanaq”