Sürpriz kupon – 25.02.2023

Sürpriz kupon – 25.02.2023

“Lids” – “Sauthempton” – QOL/QOL

İngiltərə Premyer liqasının iki sonuncu pillələrini tutan komandalar qarşılaşır. Hər iki kollektivi ağır və mübarizəli oyun gözləyir. “Lids” 23 oyundan sonra 19 xalla 19 yerdədir. “Sauthempton” 23 oyundan sonra 18 xalla axırıncı 20 pilləni tutur. Bir balaca üstünlük ev sahibinin tərəfindədir. Gərgin mübarizəni nəzərə alıb risk etmədən qol-qol proqnozunun üzərində dayanırıq.

“Herta” – “Auqsburq” – 1

Bu oyuna proqnoz vermədən əvvəl bəzi məqamlara və statistik göstəricilərə nəzər yetirməliyik. 21 oyundan sonra ev sahibi 17 xalla 17 pillədə qərarlaşıb. Qonaq “Auqsburq” 21 oyun 24 xal 13-cü yer. “Herta” doğma stadionda azarkeşləri önündə çox möhtəşəm oyunlar sərgiləyə bilir. Qələbə şansı 43 faiz heç-heçə 27 faiz və məğlub olma 30 faiz göstərilir. Turnir cədvəlinin zirzəmisindən qurtulmaq üçün mütləq qələbə lazımdır.

“Hoffenhaym” – “Borussiya”D – 2

Almaniya çempionatında fərqli məqsədlər üçün mübarizə aparan iki komanda qarşılaşır. Ev sahibi təhlükəli zonada canını qurtarmaq üçün çalışır. “Borussiya” bütün turnirlərdə yaxşı nəticələr göstərir. Əla formadadırlar. Lider “Bavariya”nın səfərdə 3-cü pillənin sahibi ilə çətin oyunu var. Qonaq komanda bundan yararlanıb qələbə qazansa 1-ci pilləyə qalxacaq. “Borussiya”bu şansı çətin ki əldən buraxsın.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 25.02.2023

Növbəti yazı

Avropa Liqasında 1/8 finalın cütləri bəlli oldu