Sürpriz kupon – 24.06.2024

Sürpriz kupon – 24.06.2024

Xorvatiya – İtaliya QOL/QOL

2 oyundan cəmi 1 xalı olan Xorvatiya millisini qrupdakı son matçda yalnız qələbə qane edir. Hücum futbolu oynamağa məcburdurlar. Rəqib isə son Avropa çempionudur. Məncə, tərəflərin öz aralaırndakı son 5 görüşündən 4-də olduğu kimi bu dueldə də qarşılıqlı qollar qeydə alınacaq.

Albaniya – İspaniya 2,5 ÜST

Bu oyunun nəticəsindən asılı olmayaraq ispanlar qrup liderliyini təmin edib. Albaniyaya isə pley-offa vəsiqə üçün yalnız qələbə lazımdır. Bu komandalrın öz aralarndakı görüşlər də məhsuldarlığı ilə diqqət çəkir. 8 dueldən 7-si 2,5 üstlə bitib. Bu matçın da bol qollu keçəcəyini düşünürəm.

Braziliya – Kosta Rika – 1-ci hissənin nəticəsi – Braziliya

Braziliya millisi Copa Amerikaya qələbəylə başlamağa çalışacaq. Rəqibindən hər cəhətdən üstün olan pentakampeonlar məncə, qələbənin əsasını artıq ilk yarıda qoyacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 24.06.2024

Növbəti yazı

Polşa 3-cü oldu