Sürpriz kupon – 23.12.2023
“Vest Hem” – “Mançester Yunayted” – QOL/QOL
Turnir cədvəlində qonşu olan komandalar avrokuboklara vəsiqə üçün mübarizə aparır. Arxada qalan 17 turda yetərincə xal itkisinə yol verdiklərindən növbəti dəfə “büdrəməməyə” çalışacaqlar. Fikrimcə, bu oyunda heç-heçə ehtimalı böyükdür, özü də qarşılıqlı qollarla.
“Liverpul” – “Arsenal” – 1-ci hissə cüt şans 12
Bol qol gözlədiyim oyunlarda adətən bu mərc variantını seçirəm. Bu dəfə də ənənəni davam etdirirəm.
“Atletiko” – “Sevilya” – QOL/QOL
“Sevilya” yeni baş məşqçi Kike Sançes Floresin gəlişi ilə “dirçəlib”. Ötən tur “Qranada”ya 3 cavabsız qol vurdular. Fikrimcə, sevilyalılar iddialı “Atletiko”ya da layiqli müqavimət göstərəcək. Qarşılıqlı qollar bu oyun üçün məncə, daha uyğun variantdır.