Sürpriz kupon – 23.08.2024

Sürpriz kupon – 23.08.2024

Alanyaspor – Göztəpə 1
Maddi problemləri həll etməyən “Göztəpə” son dəfə 2020-ci ildə Alanya təmsilçisini üstələyib. Ötən tur “Başakşəhər”ə uduzan (2-4) meydan sahibləri inamlı oyun nümayiş etdirmişdi. Məhz buna görə Alanya komandasının qələbə qazanacağına inanıram.

PSJ – Monpelye 1
Paris təmsilçisində Fernandes, Kimpembe və Ramos oyunu kənardan izləyəcək. Qonaqların sürpriz edəcəyi barədə heç düşünmürəm. Fikrimcə əla heyətə malik PSJ ikinci turda da qələbə qazanacaq. Hətta bəlkə qonaqlar darmadağınla məğlub oldu.

Səbail – Kəpəz Səbail və ÜST1.5
Ardıcıl 3 matçda xal qazana bilməyən “Kəpəz” Bakıda “Səbail”in qonağı olacaq. Şahin Diniyevin komanda da vəziyyət yaxşı deyil. İlk 3 turda cəmi 1 xal qazanan “Səbail” gözləntiləri doğrultmur. Ona görə bu tur Şahin Diniyevin komandası zəif rəqiblə oyunda qələbə şansını boşa verməyəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 23.08.2024

Növbəti yazı

“Araz-Naxçıvan”dan ikinci 7 qollu qələbə