Günün kuponu – 23.08.2024
Selta Viqo – Valensiya QOL/QOL
Yeni mövsümün ilk turunda “Barselona”ya uduzan “Valensiya” 2-ci turda ümidləri doğrultmağa çalışacaq. “Selta Viqo” qonaqlar üçün uğursuz rəqib sayılır. Son 15 ayda “Selta”yla bacarmayan “Valensiya”nın cari turda qələbə qazanacağına şübhə edirəm.
Sevilya – Vilyareal ÜST2.5
La Liqada mövsümə heç-heçəylə başlayan iki komanda qarşılaşır. Birinci turda səfərdə “Las Palmas”la 2-2 oynayan Sevilya təmsilçisi indi evdə qələbə qazanmağa çalışacaq. Maraqlıdır ki, hər iki komandanın etibarlı hücum xətti var. Ona görə ÜST2.5 seçimi üzərində dayanıram.
Bor. Münhenqladbax – Bayer Leverkuzen QOL/QOL
Bundesliqada mövsüm çempionun səfər matçıyla başlayır. Meydan sahiblərinin heyətində 4 futbolçu oyunda iştirak etməyəcək. Xabi Alonsonun komandası favorit göstərilsə də, qələbə seçimi risklidi. Unutmayın ki, mövsümün ilk oyununda istənilən nəticə qeydə alına bilər. Ona görə qol/qol ən yaxşı variantdı.