Sürpriz kupon – 22.12.2021

Sürpriz kupon – 22.12.2021

“Napoli” – “Spezia” – 2,5 üst

Tərəflərin aralarındakı son 5 matçın statistikasına baxanda bu oyuna “alt” deməyə adamın dili gəlmir. Hesablara baxın : 1:4, 4:2, 3:1… A seriyasında son 2 turu 2,5 altla bitirən hər iki komanda üçün belə demək olarsa, “üst” oynamağın zamanı yetişib. Məncə, bu varianta rahatlıqla mərc etmək olar.

“Qranada” – “Atletiko Madrid” – 2

Dieqo Simionenin komandası ardıcıl xal itkiləri ilə lider “Real”dan artıq 14 xal geri qalır. Son 3 turda 3 məğlubiyyət “Atletiko”ya ağır zərbə oldu. Daha bir xal itkisi onları ilk “altılıq”dan belə kənarda qoya bilər. Ona görə qələbə, qələbə, yalnız qələbə!

“Monako” – “Renn” – 2,5 üst

İki məhsuldar komandanın dueli. “Renn” 18 oyuna 33, monakolular isə 27 qol vurub. Tərəflərin öz aralarındakı son 20 matçında azı 2 qol qeydə alınıb. Bu dəfə daha çox olacağına inanıram. 2,5 üst digər variantlarla müqayisədə daha realdır.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 22.12.2021

Növbəti yazı

Ronaldoya xərclənən 227 milyon