Günün kuponu – 22.12.2021
“Lorient” – PSJ – qol/qol
Komandaların turnir cədvəlindəki mövqeyinə görı bəlkə də bu variant kiməsə inandırıcı gəlmir. Amma “Lorient” adətən ev oyunlarında uduzsa belə, PSJ-yə ciddi müqavimət göstərir. PSJ-nin heyətində Mbappe, Veratti və Neymarın olmaması üzündən əsas iş Messinin üzərinə düşəcək. Hər halda parislilər istənilən heyətlə “Lorient” kimi rəqibə qol vura bilər. Bu səbəbdən qol/qol variantına daha çox inanıram.
“Lion” – “Mets” – 1
Lionlular ardıcıl 3 oyundur Liqa-1-də qələbə üzünə həsrətdir. Komanda adət etmədiyi 13-cü sıraya yuvarlanıb. Amma bir qələbə yetər ki, ilk “səkkizlik” yə qayıtsınlar. Məncə, autsayderlə görüşdə, 18 oyuna qapısından 38 qol buraxan “Mets”lə dueldə “Lion” qələbə şansını əldən verməyəcək.
“Empoli” – “Milan” – qol/qol
Bir kubok oyunu və son 5 A seriyası matçında uduzmayan “Empoli” turnir cədvəlində xeyli irəliləyərək 9-cu sıraya yüksəlib. Son turda öz meydanında “Napoli”yə uduzan milanlılar isə ondan əvvəl “Udineze” ilə görüşdə xal itirmişdi. Lider “İnter”in xal fərqini artırmaq imkanının olduğunu nəzərə alsaq, “Milan” “Empoli” qarşısında var gücünü qoyacaq. Təbii ki, rəqib də məğlubiyyətsiz seriyasını 7 oyuna çatdırmağa çalışacaq. Məhz buna görə də qol/qol variantını daha real sayıram.