Sürpriz kupon – 22.11.2023

Sürpriz kupon – 22.11.2023

“Napredak” – “Çukariçki” – 2

“Çukariçki” “qara zolaq”dadır. Serbiyanı UEFA Konfrans Liqasında da təmsil edən “Çukariçki” həm o turnirdə, həm də Serbiya liqasında keçirdiyi son 9 matçın heç birində qələbə qazanmayıb. Fikrimncə, həhayət bu tur komanda öz azarkeşlərinə sürpriz edərək təxminən 2 aydır davam edən qələbəsizlik seriyasına son qoyacaq.

“Zrjinski Mostar” – “Şiroki Brieq” – 2,5 ÜST

Bosniya və Herseqovina liqasında 3-cü yerdə olan “Zrjinski Mostar” liderdən 7 xal geri qalır. Qələbə onlar üçün son dərəcə vacibdir. Son turda 0:3 hesabı uduzan mostarlılar Konfrans Liqasında “Legiya”dan 2 cavabsız qol buraxıb. Məncə, son 2 qarşılaşmada qol vura bilməyən “Zrjinski Mostar” “Şiroki Brieq”lə dueldə hücum potensialından lazımınca istifadə edəcək. Qonaqların da qol vurmaq ehtimalı az deyil. Ona görə 2,5 üst variantını daha uyğun sayıram.

“Olimpiya” –“Rudar” – 1-ci hissə – 1

Sloveniya Kubokunun 1\16 finalında ölkənin ən tanınmış klublarından biri 2-ci liqanın autsayderlərindən “Rudar”la qarşılaşacaq. Məncə, Lyublyana təmsilçisi elə ilk yarıda bu duelin taleyini həll edəcək. Hərçənd bir oyundan ibarıət kubok matçları üçün belə variant bir qədər riskli sayılır.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 22.11.2023

Növbəti yazı

Müller karyerasını yekunlaşdırmağı düşünmür