Günün kuponu – 22.11.2023
“Zrjinski Mostar” – “Şiroki Brieq” – 1-ci hissə – 1
Bosniya və Herseqovina liqasında 6-cı turdan təxirə salınan bu matçın aşkar favoriti “Zrjinski Mostar”dır. Son turda 0:3 hesablı ağır məğlubiyyət alan, ondna əvvəl isı UEFA Konfrans Liqasında “Legiya”ya uduzan (0:2) “Zrjinski Mostar” məncə, bu oyunda artıq ilk yarıda qələbənin əsasını qoyacaq və meydandan 3 xalla ayrılacaq.
“Levadiakos” – “Lamia” – 2,5 ALT
Yunanıstan Kubokunda 1\16 finalın oyunu. Mərhələnin qalibi bir qarşılaşma ilə müəyyənləşdiyindən tərəflərin ehtiyatlı oyuna üstünlük verəcəyini gözləyirəm. Statistika da 2,5 alta işarə edir: bu komandalar arasında baş tutan 10 görüşdən yalnız birində 2,5 üst qeydə alınıb.
“Napredak” – “Çukariçki” – ən çox qol vurulduğu hissə – 2-ci hissə
Serbiya liqasında 8-ci turdan təxirə salınmış oyunda turnir cədvlində 13-cü sırada yer alan “Napredak” 9-cu pillədəki “Çukariçki”ni qəbul edir. Həır iki komandanın hücum xətti qeyri-məhsuldarlığı ilə diqqət çəkir. Müdafiələri isə orta hesabla hər oyuna 1-dən çox qol buraxır. Seçdiyim variant risklidir, amma güman edirəm ki, hesab aşılana qədər tərəflər daha ehtiyatlı oynayacaq. Ona görə müqayisədə 2-ci hissədə 1-cidən daha çox qolun vurulacağına mərc edirəm.