“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Sürpriz kupon – 21.12.2022
Çarlton – Brayton YOX/QOL
“Çarlton” tarixinin heç də ən yaxşı dövrünü yaşamır. Bir zamanlar Premyer Liqadakı çıxışları ilə tanıdığımız klub hazırda İngiltərənin sayca 3-cü liqasında 21 turdan sonra 18-ci pillədə qərarlaşıb. Komanda 7 oyundur qələbə qazana bilmir və bu matçlardan 5-ni uduzub. Böyük ehtimalla, “Brayton” özündən xeyli zəif rəqibindən qol buraxmayacaq.
Blekbörn – Nottingem F ÜST 2.5
Premyer Liqaya çıxmaq üçün mübarizə aparan “Blekbörn” və elitadakı yerini qorumaq üçün gücünü səfərbər etmiş “Nottingem” daha çox çempionata konsentrasiya olub. Buna görə də, Liqa Kubokundakı qarşılaşmada rahat oynaya, futboldan zövq ala bilərlər. Bunu nəzərə alaraq ÜST 2.5 mərcini sınamaq olar.
Koventri – Vest Bromviç ALT 2.5
Çempionşipdə 14 və 16-cı yerləri tutan komandalar bu mövsüm azarkeşlərin ümidlərini doğrultmur. Premyer Liqadakı çıxışları ilə tanınmış hər iki klub xüsusi məhsuldarlıqla da seçilmir. Güman ki, bu qarşılaşmada da çox qol izləyə bilməyəcəyik.