Sürpriz kupon – 21.04.2024
Sassuolo – Leççe 1
Ev sahibi çoxdan idi ki, belə vəziyyətə düşməmişdi. Komanda 19-cu yerdədir. ”Leççe” də çox uzaqda deyil. Aralarında keçirilən son 5 oyunun 3-də ev sahibi qələbə qazanıb və 2 oyun heç-heçə bitib. Nəyin bahasına olursa olsun “Sassuolo” qalib gəlməyə məcburdur.
Borussiya Dortmund – Bayer Leverkuzen QOL/QOL
Ev sahibi bu oyuna yüksək əhval-ruhiyyədə çıxacaq; Çempionlar Liqasındakı uğura görə. Qonaq “Bayer” isə Bundesliqanın çempionu kimi. Aşkar favorit yoxdur. Bu oyuna ideal proqnoz qol-qoldur.
Lill – Strasburq 1
“Lill” 2-ci yerdən cəmi 4 xal geri qalır. Həm də bir oyun az keçirib. Rəqib turnir cədvəlinin ortalarında yer alır. Çempionlar Liqası zonasından geri qalmamaq üçün “Lill”ə mütləq qələbə qazanmaq lazımdır.