Günün kuponu – 21.04.2024
Everton – Nottingem Forest QOL/QOL
Keçən tur ev sahibi 6-0 “Çelsi”yə məğlub oldu. Qonaqlar isə “Vulverhempton”la 2-2 bərabərə qaldı. Aralarında cəmi 1 xal fərq var. Heç bir komandaya əminliklə qələbə vermək olmur. Belə olan halda bu oyunaən doğru proqnoz qol-qoldur.
Kristal Pelas – Vest Hem QOL/QOL
Ev sahibi 32 oyundan sonra 33 xalla 14-cü pillədədir. ”Vest Hem” 33 oyundan sonra 48 xalla 8-ci yerdədir. Avrokuboklarda böyük güc sərf edib və stabil çıxış etmir. Favorit bu oyunda görmürəm. Risk etmədən qol-qol variantını seçirəm.
Real Madrid – Barselona 2,5 ÜST
Bu derbidə “Real” çempion oyununu nümayiş etdirəcək. ”Barselona” isə “PSJ” şokunu hələ uzun müddət yaşayacaq. Qarşılaşmanı maraqlı etməyə çalışacaq. Oyunda bol qolların ola biləcəyini nəzərə alıb 2,5 Üst variantının üzərində dayanırıq.