“Real”da ayrılıq

“Real”da ayrılıq

“Real”da ayrılıq baş verəcək. Komandanın futbolçusu Naço İspaniyanı tərk edəcək.

Bu qərarı müdafiəçinin özü verib. Mövsümün sonunda Madrid klubundan ayrılacaq Naço karyerasını La Liqadan kənarda davam etdirəcək. O, “Real”a qarşı oynamamaq üçün xaricə getməyə üstünlük verib.

Naço “İnter”in maraq dairəsindədir. Lakin danışıqlara start verilməyib.

Qeyd edək ki, müdafiəçi bütün karyerasını “Real”da keçirib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 21.04.2024

Növbəti yazı

“Neftçi”də iki itki