Sürpriz kupon – 17.04.2023
“Levante” – “Mirandes” 1-ci hissə cüt şans 12
5-ci sırada yer alan “Levante” La Liqaya vəsiqə qazanmaq şansını saxlayır. Bu matçda qələbə komandanı hətta 2-ci sıraya da yüksəldə də bilər. “Mirandes” autsayderlər qrupu ilə “qonşudur. Buna baxmayaraq “Mirandes” 36 turda Sequndanın lideri “Elçe” qədər qol vurub – 40 top. 44 qol buraxan müdafiə xəttisi isə etibarlı deyil. Bu matçda da azı 2 qol vurulacağını düşünürəm. Böyük ehtimal artıq ilk yarıda tərəflərdən biri hesabda irəli çıxacaq. Məncə, 1,62 əmsalı dəyərləndirmək olar.
“Vizela” – “Boavişta” – cüt şans x2
“Vizela” son 3 turda ardıcıl qələbələr qazanır. Məncə, ardıcıl 4-cü qələbə olmayacaq. Komandaların öz aralarındakı 8 duelin 7-si heç-heçə bitib, birində isə “Boavişta” qazanıb. Yəni, “Vizela”nın bu komandaya qarşı qələbəsi yoxdur. Üstəlik, “Vizela” son 6, “Boavişta” isə son 4 matçda heç-heçə oynamayıb. Bəlkə də bu tur heç-heçənin vaxtı yetişib. Sadəcə, daha “sığortalı”, daha etibarlı olması üçün cüt şans – x2 variantını seçirəm.
“Qrenobl” – “Sent Etyen” – 2
Son 9 turda 6 qələbə, 3 heç-heçəsi olan “Sent Etyen” “autsayderlər zonası”ndan uzaqlaşaraq 12-ci sıraya qədər yüksəlib. Hazırda İbrahima Vadjinin komandasının “Qrenobl”dan 8 xal az toplamasına və 5 pillədə aşağıda qərarlaşmasına baxmayaraq bu qarşılaşmada sürpriz gözləyirəm. Fikrimcə, “Sent Etyen”in məğlubiyyətsiz oyunlar seriyası davam edəcək, hətta Fransanın ən titullu klubu bu görüşdə qələbə qazanacaq.