Günün kuponu – 17.04.2023

Günün kuponu – 17.04.2023

“Fiorentina” – “Atalanta” -1-ci hissə cüt şans 12

“Fiorentina” mövsümün əvvəlindəki yersiz xal itkilərinin əziyyətini çəkir. Komanda sonuncu dəfə fevralın 12-də “Yuventus”a məğlub olub. Ondan sonra A seriyası, Konfrans Liqası və İtaliya Kubokunda keçirdiyi toplam 13 matçın heç birində uduzmayıb. Gəl ki, florensiyalılar hələ də “avrokubok zonası”dan uzaq 9-cu yerdə qərarlaşıb. 6-cı pillədə yer alan “Atalanta” isə Çempionlar Liqasına vəsiqə verən ilk “dördlüy”ə can atır. Qələbə hər iki komanda üçün çox vacib olduğundan tərəflərin hücum futboluna üstünlük verəcəyini gözləyirəm. Fikrimcə, artıq fasiləyə qədər hesabdakı bərabərlik pozulacaq.

“Lids” – “Liverpul” – 1-ci hissə cüt şans 12

“Lids”i “düşmə zonası”ndan cəmi 2 xal ayırır. Qələbə onlar üçün hava-su kimi vacibdir. “Liverpul” isə mövsümü demək olar boşa verib. Bununla belə, Yurgen Kloppun komandasının avrokuboklara vəsiqə qazanmaq şansı nəzəri olaraq qalır. Hər iki komanda yaxşı hücum potensialına və qeyri-sabit müdafiəyə sahib olduğundan bol qollu oyun gözləmək olar. Elə isə çox riskə getmədən matçın ilk yarısının nəticəsinə mərc edirəm: fasiləyə tərəflərdən biri hesabda irəlidə yollanacaq.

“Yonq Ayaks” – “Yonq PSV” – 2,5 üst

Əzəli və əbədi rəqiblərin gəcnlərdən ibarət komandaları qarşılaşır. Əgər tabloda “Ayaks”- PSV yazısı varsa, fərqi yoxdur, bu əsas komandaların duelidir, ya gənclərin. Erediviziya matçıdır, ya 1-ci liqanın qarşılaşmasıdır. Əksəriyyət kimi mən də amansız mübarizə və bol qollu matç gözləyirəm. Ona görə çox düşünmədən 2,5 üst variantını seçirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Perişiç “İnter” arzusunda

Növbəti yazı

Sürpriz kupon – 17.04.2023