Perişiç “İnter” arzusunda
“Tottenhem”də ayrılıq baş verə bilər. Komandanın xorvatiyalı yarımmüdafiəçisi İvan Perişiç “İnter”ə dönmək niyyətindədir.
Futbolçu Premyer Liqadakı çıxışından məmnun deyil və Milana qayıtmaq istəyir. 34 yaşlı oyunçunun qərarında onun “Tottenhem”ə keçidinin təşəbbüskarı olan Antonio Kontenin istefasının təsiri edib.