Sürpriz kupon – 13.02.2024

Sürpriz kupon – 13.02.2024

Zirə – Sumqayıt 2,5 ÜST

“Zirə”nin oyunlarında adətən 3-dən az qol vurulsa da bu dəfə istisna olacağını düşünürəm. Əmsal da cəlbedicidir. Süpriz kupon olduğunu nəzərə alaraq, 2,35 əmsala risk etməyə dəyər.

Laypziq – Real Madrid 1

Məncə Çempionlar Liqasında gecənin sürprizi Almaniyada qeydə alınacaq. Sürpriz kupon üçün yaxşı təklif ola bilər. Laypziq evdə çox yaxşı təsir bağışlayır və istənilən rəqibə qalib gələ bilər.

Jil Visente – Vizela 1

Ötən turda məğlub olan Jil Visente bunun əvəzini çıxmağa çalışacaq. Doğma azarkeşlər önündə bunu bacaracaqlarına inanıram. Vizela da bunun üçün çox uyğun rəqibdir.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 13.02.2024

Növbəti yazı

Kvaratsxeliya ən yaxşı seçildi