Sürpriz kupon – 12.12.2021

Sürpriz kupon – 12.12.2021

“Betis” – “Real Sodyedad” – 2,5 alt

Liderlər qrupunda 1 xallıq fərqlə qonşu olan komandaların dueli. Bu oyunla bağlı ilk düşündüyüm variant heç-heçədir. Ardıcıl 11 turdur heç-heçə etməyən “Betis” bəlkə də “Real Sodyedad” matçında bu seriyanı dayandıracaq. Amma 1 top nəticəni dəyişə bilər. Ona görə daha etibarlı 2,5 alt variantını seçirəm.

“İnter” – “Kalyari” qol/qol

A seriyasında ötən gün sensasiyalar ard-arda gəldi: “Yuventus” və “Milan” xal itirdi.  “Milan”nın “büdrəməsindən” “İnter” bu axşam  istifadə edə bilər. Qələbə “neradzurra” nı lider edəcək. “Kalyari” autsayderlər qrupunda olsa da, son 4 turdd ardıcıl heç-heçə oynayıb. Fikrimcə, bu gun “İnter”ə uduzsalar belə, azı qol vura biləcəklər. Bəlkə də daha bir sensasiya bu oyunda qeydə alınacaq, “İnter” xal itirəcək. Amma x2 ilə müqayisədə qol/qolu daha uyğun variant sayıram.

“Ayntraxt” – “Bayer Leverkuzen” – qol/qol

Frankfurt klubu avqustun 21-i “Ausburq”la 0:0-dan sonra evdə keçirdiyi bütün oyunlarda qol vurub. Ayrıca  Leverkuzen klubu ilə oyunları adətən bol qollu keçir: aralarındakı son 8 qarşılaşma 2,5 üstlə bitib.

Məncə, təkcə bu iki fakt qol/qol variantına güvənməyə əsas verir.

“Mister X”dən ən son “Sürpriz Kupon”

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 12.12.2021

Növbəti yazı

Ronaldonun 165-ci “qurbanı”